SON DƏQİQƏ: İlham Əliyev ona nazir VƏZİFƏSİ VERDİ - SƏRƏNCAM/FOTO

05.01.2021 15:14
4768

Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.

AZSABAH.COM xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Anar Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilib.

Qeyd edək ki, A.Kərimov ötən ilin iyulun 20-də dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilmişdi. Dövlət başçısının digər sərəncamı ilə mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti ona verilmişdi.

 Anar Kərimov


Loading...