İlham Əliyev Mayis Bərxudarovla bağlı MÜHÜM SƏRƏNCAM İMZALADI

04.11.2022 15:00
6807
Mayis
General-mayor Mayis Şükür oğlu Bərxudarova “general-leytenant” ali hərbi rütbəsi verilib.

AZSABAH.COM xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Kontr-admiral Sübhan Kamal oğlu Bəkirova “vitse-admiral” ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, M.Bərxudarov Müdafiə Nazirliyinin Ordu birliyinin, S.Bəkirov isə Hərbi Dəniz Qüvvələrinin komandanıdır.