İlham Əliyev FƏRMAN İMZALADI

15.10.2022 15:00
2743
İlham
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb.

AZSABAH.COM xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən “Azərbaycan Elm Fondunun Nizamnaməsi” təsdiq edilib.

Azərbaycan Elm Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir.

Fondun nizamnamə fondu 4 157 866 manatdır.