İlham Əliyev döyüş əməliyyatlarının DETALLARINI AÇDI: Ermənilər indiyə qədər anlaya bilmirlər ki... - VİDEO

28.02.2021 00:36
19640

Ukraynanın məşhur hərbi jurnalisti və ictimai aktivisti Roman Boçkala Bakıda işgüzar səfərdə olan zaman Azərbaycan Prezidenti İlham Əliyevdən müsahibə almaq imkanına malik olub.

AZSABAH.COM xəbər verir ki, Roman Boçkala bu barədə özünün feysbukdakı səhifəsində bildirib.

O, qeyd edib ki, Azərbaycanın dövlət başçısı işğal edilmiş ərazilərin azad olunmasının təfərrüatlarını danışıb.

"Bu gün Azərbaycan Prezidentinə sual vermək imkanına malik oldum. İşğal edilmiş ərazilərin azad olunması üzrə xüsusi əməliyyatın təfərrüatları məni maraqlandırırdı. Qısa müddətə. 44 gün. İlham Əliyev bunun necə əldə edildiyini açıqlayır. Sadəcə dinləyin. Şlyapanı çıxarıram", - Roman Boçkala qeyd edib.

Azərbaycan rəhbəri bildirib ki, düşmən öz mövqelərini möhkəmləndirmək üçün mümkün olan hər şeyi edib. Amma Azərbaycan öz hərbçilərinin şücaəti sayəsində yenə də işğalçılara qalib gəlməyə müvəffəq olduq:

"Düşmən demək olar, 30 il ərzində müdafiə xəttini çox fəal şəkildə gücləndirib. Və hətta nə vaxt, azad edilmiş ərazilərə baş çəkirsən - yəqin siz də həmçinin gördünüz, xüsusilə Fizuli istiqamətində, - orada bir neçə müdafiə xətti var.

Üstəlik, uzunmüddətli atəş nöqtələri, hətta onların bütün səngərləri atəşə tutuldu ki, əgər biz ora girsək, artilleriya atəşinə məruz qalmayaq. Buna görə müdafiənin yarılması böyük cəsarət tələb edirdi.

Və bizim müdafiə xəttini dağıdan hücum bölmələrimiz, əsl qəhrəmanlıq göstərdi. Buna görə əsas vəzifə müdafiənin xəttini yarmaq idi.

Həm də biz təxminən bilirdik, onlar bizi harada gözləyirlər və biz elə yerdən gedirdik ki, hətta onların təsəvvür etmələri çətin idi.

Onlar indiyə qədər anlaya bilmirlər ki, biz Şuşaya necə girdik.

Budur, onlar bəzən mətbuatda bir-birlərindən soruşurlar, deməli nə vaxtsa anlayacaqlar".

Prezident İlham Əliyev qeyd edib ki, əsasən xüsusi təyinatlı qüvvələr və aviasiya insan tələfatının minimallaşdırmasında böyük rol oynayıblar. Hərbçilərin koordinasıya olunmuş işi və planlaşdırmaları əməliyyatın müvəffəqiyyətlə başa çatımasına gətirib çıxarıb.

"Bu, Azərbaycanın xüsusi təyinatlı dəstələrinin və digər xüsusi hərbi bölmələrin cəsarət, qəhrəmanlıq, fədakarlıq tarixidir.

Amma bu gün bu sirr deyil ki, döyüş əməliyyatlarında həmçinin sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidmətləri, kəşfiyyat xidmətləri, Naxçıvan qarnizonunun xüsusi qüvvələri iştirak edirdi.

Hər kəsin vahid komandanlıq altında öz vəzifəsi var idi. Qırx dörd gündə ərazilərimizi azad etməyimiz xüsusi təyinatlı qüvvələrin böyük xidmətidir, eləcə də ordu bölmələri ərazilərin azad edilməsində və mövqelərin tutulmasında böyük rol oynadı.

Cəbhə aviasiyası, pilotsuz uçuş aparatları, onlar adətən insan qurbanlarının sayının minimuma enməsində çox böyük rol oynadılar, çünki əgər onlar olmasaydı, onda olduqca çoxlu sayda qurbanlar olardı.

Bütün bu əməliyyatların uyğunlaşdırılması, həm də əlbəttə ki düzgün planlaşdırma müvəffəqiyyətə gətirib çıxardı", - Azərbaycan Prezidenti deyib.(Report)

Loading...