İlham Əliyev daha bir FƏRMAN İMZALADI

15.05.2020 19:20
312

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında maliyyə yardımının tətbiqi Protokolunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

AzSABAH.COM-un məlumatına görə, fərmanla, 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında maliyyə yardımının tətbiqi Protokolu təsdiq edilib.

Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Loading...