Rektor xatırladıb ki, Pyotr müəllim 70-80-ci illərin məşhur üzgüçü-idmançılardan olub.
“Elə buna görə də, son illər ölkəmizdə keçirilən qlobal idman tədbirlərində də təcrübəli məşqçi kimi iştirak edib. Belə ki, Birinci Avropa Oyunlarında texniki məsul şəxs, Dördüncü İslam Həmrəylik Oyunlarında su polosu üzrə Azərbaycan milli komandasının məşqçisi kimi uğurla iştirak edib və sertifikatlara da layiq görülüb.
Pyotr müəllim eyni zamanda, gözəl insan, qayğıkeş pedaqoq, ən əsası əsl azərbaycanlı və vətənpərvər şəxsiyyətdir.
Adından da göründüyü kimi, Pyotr müəllim slavyan əsillidir. Bu baxımdan, hər kəs onunla rus dilində danışmağa cəhd edir.
Fərəhləndirici hal bilirsiz nədir? O hər kəsə dərhal və səlis formada Azərbaycan dilində cavab verir. Azərbaycanlı rus dilində danışarkən Pyotr müəllim onlarla azərbaycanca danışmaqla sübut edir ki, əsl millət və vətən oğlu kimdir.
Bir müddət əvvəl Pyotr müəllim dənizdə üzərkən, batmaqda olan ana və övladı real ölümdən xilas etmişdi.
Hesab edirəm ki, Pyotr müəllim həm əsgər olaraq, həm müəllim olaraq Azərbaycan qarşısında bütün borclarını yerinə yetirib.