“İdman Azərbaycan” telekanalının rəhbəri vəzifəsindən azad olundu - "Ayrılığın səbəbi..." - FOTO
“İdman Azərbaycan” kanalında gözlənilməz ayrılıq baş verib.
Azsabah.com Offsideplus.az-a istinadən xəbər verir ki, kanalın direktoru Rövşən Binnətli işdən azad olunub.
Onun vəzifəsini hələlik tanınmış şərhçi Fikrət Adıgözəlli icra edəcək. Ayrılığın səbəbi dəqiq bilinmir.
Qeyd edək ki, Rövşən Binnətli 2023-cü ilin yanvar ayından bu vəzifədə çalışırdı.