İcra başçısının koronavirusa yoluxması ilə bağlı RƏSMİ AÇIQLAMA

25.05.2020 17:24
205

Şamaxı rayon İcra Hakimiyyətinin (İH) başçısı Tahir Məmmədov İH əməkdaşının koronavirusa yoluxması ilə bağlı açıqlama verib.

AzSABAH.COM-un məlumatına görə, T.Məmmədov AzTV-yə müsahibəsində hazırda sosial izolyasiya rejimində çalışdıqlarını deyib.

İcra başçısı bildirib ki, digər rayonlarda olduğu kimi, mütəmadi olaraq Şamaxıda da koronavirus epidemiyasının qarşısını almaq üçün tədbirlər görülür:

"O cümlədən, mütəmadi olaraq testlər verilir. Növbəti analiz zamanı əməkdaşlarımızın birində test müsbət çıxdı və bundan sonra digər əməkdaşlar, o cümlədən mən özüm də sosial izolyasiya rejimində işləyirik. Daha çox onlayn bağlantı vasitəsilə fəaliyyətimizi davam etdiririk”.

Loading...

close
close