İcra başçısının iki müavini və şöbə müdiri SAXLANILDI - Gəncədə ƏMƏLİYYAT

04.03.2024 16:22
232
65e5bd0ac61c9202403242234

Bu gün Gəncə şəhər İcra Hakimiyyətində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xüsusi əməliyyat keçirilib. 

Azsabah.com-un əldə etdiyi məlumata görə, əməliyyat zamanı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və digər müavinlər, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Elxan Məmmədov saxlanılıb.