İbrahim Tatlısəs ağır qəzaya düşdü: maşını dərəyə aşdı, ÖZÜ VƏ QIZI... - FOTO

Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs ağır yol qəzasına düşüb.

AZSABAH.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Bodrum şəhərində qeydə alınıb.

Sənətçinin içərisində olduğu mikroavtobus yük avtomobili ilə toqquşub və nəticədə yoldan çıxaraq dərəyə yuvarlanıb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub.

Müğənninin xəsarət aldığı və qızının da avtomobildə olduğu bildirilir.

Şəkillər