Hökumətdən İNANILMAZ QƏRAR: əhaliyə milyonlarla manat PUL VERİLƏCƏK

14.06.2022 21:20
655
photo_20158013

Avstriya hökuməti yüksək inflyasiya fonunda artan qiymətlər səbəbindən xərcləri kompensasiya etmək üçün 28 milyard avrodan çox yardım paketi ayırıb.

AZSABAH.COM xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Avstriya kansleri Karl Nehammer məlumat verib.

“Biz inflyasiyanın vətəndaşlarımızdan aldığı pulu onların özlərinə qaytarmaq qərarına gəldik. İnsanların üzərinə düşən ağır yükün yüngülləşdirilməsi məqsədilə 28 milyard avrodan çox paket yaratmağa müvəffəq olduq”, - deyə, K.Nehammer Vyanada mətbuat konfransında bildirib.

Kanslerin sözlərinə görə, pensiyaçılar 500 avrodan 1000 avroya qədər, vergi ödəyiciləri isə artan xərcləri kompensasiya etmək üçün eyni məbləği alacaq, uşaqlı ailələrə hər uşağa görə 900 avroya qədər, kasıblara isə isə 800 avro ödəniləcək.

Qeyd etmək lazımdır ki, Avstriyada inflyasiya 2022-ci ilin fevralından bəri rekord həddə çatıb. Mart və aprel aylarında o, 1981-ci ildən bəri ilk dəfə olaraq inflyasiya 7,2%-lik zirvəni görüb.

(Musavat.com)