Heydər Əliyevin toylarında iştirak etdiyi italiyalı cütlük Bakıda: "O, bizə toy hədiyyəsi olaraq..." - VİDEO

29.01.2024 21:32
317
65b7e15d5eef6202401243317

Ulu öndər Heydər Əliyevin toylarında iştirak etdiyi italiyalı cütlük Baku TV-yə müsahibə verib.

1997-ci il sentyabrın 27-də İtaliyanın Piazzetta meydanında keçirilən toy mərasimləri zamanı Heydər Əliyevlə görüşən Roberto və Qabriella Kaso həmin günlə bağlı xatirələrini bölüşüblər.

Q.Kaso Heydər Əliyevlə görüşün onlar üçün sürpriz olduğunu bildirib:

“Gəzintidə olduğumuz vaxt Prezident bizi yanına dəvət etdi və xeyir-dua verdi. Bu möcüzəli an bizi çox xoşbəxt etdi”.

Q.Kaso ümummilli liderlə görüşün evlilik həyatları üçün uğurlu olduğunu deyib:

“O, bizə toy hədiyyəsi olaraq Azərbaycan xalçası verdi. Bu hədiyyə bizim üçün çox böyük mənəvi əhəmiyyət kəsb edir. Biz 26 ildir ki, həmin xalçanı evimizdə saxlayırıq”.