Hərbi bazaya ŞİDDƏTLİ HÜCUM: çox sayda ölü var, general...

28.05.2020 14:58
563

Yəmən Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Saqir bin Əzizə sui-qəsd edilib.

AZSABAH.COM “Report” istinadən xəbər verir ki, Yəmənin beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökuməti sui-qəsd cəhdinə görə qiyamçı husilərdən qisas alacaqlarını açıqlayıb.

Bildirilib ki, gecə saatlarında Yəmənin Marib əyalətindəki hərbi bazaya husilər iki raket atıb. Hərbi rəhbərlik xəsarət almasa da, 6 hərbçi, o cümlədən Baş Qərargah rəisinin oğlu və qardaşı oğlu da ölüb.

Yəmən prezidenti Abd Rabbo Mənsur Hadi ölənlərinə ailəsinə başsağlığı verib. 

Ölkə parlamentinin sədri Sultan əl-Brakani günahkarların tapılıb cəzalandırılacağını vurğulayıb. 

Loading...

close
close