Həmas tərəfindən qaçırılan Şani Luk ölüb.
AZSABAH.COM Milli.Az-a istinadən xəbər verir ki, Almaniya vətəndaşı Şani Loukun bacısı "Bacımın ölümünü kədərlə elan edirik" deyib.
22 yaşlı Loukun ölümü ilə bağlı təfərrüatlar paylaşılmayıb.
Xatırladaq ki, Şani Luk oktyabrın 7-də HƏMAS-ın başlatdığı "Əqsa tufanı" əməliyyatı zamanı HƏMAS üzvlərinə aid olduğu deyilən pikap maşınının arxasında yarıçılpaq və hərəkətsiz görünən Alman vətəndaşı idi.
AZSABAH.COM