Hava şəraiti KƏSKİN DƏYİŞİR: 20 İYUNADƏK...

14.06.2022 18:59
2961

Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti haqqında məlumat yayıb.

AZSABAH.COM-a Xidmətdən verilən xəbərə görə, iyun ayının ikinci ongünlüyünun sonunadək əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir. Bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.

Loading...