Hava şəraiti ilə bağlı MÜHÜM AÇIQLAMA: Sibir soyuqları Azərbaycana gəldi - Umayra Tağıyeva ELAN ETDİ

07.01.2023 21:26
19898
Umayra

“Son günlər şimal-şərqdən cənuba doğru hərəkət edən soyuq Sibir antisiklonu Azərbaycanda hava şəraitinin dəyişməsinə səbəb olub, ölkənin bəzi ərazilərində şimal-şərq küləyi güclənib”.

AZSABAH.COM xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

"Göyçayda küləyin sürəti 21, Tərtər, Qəbələ, Ağdam, Naftalanda 20, Şəki və Daşkəsəndə isə 18 m/san-dir. Bakıda və Abşeron yarımadasında küləyin sürəti 17 m/san, dənizdə dalğanın hündürlüyü 2 metrə çatıb", - U.Tağıyeva əlavə edib.

O qeyd edib ki, hazırda Quba, Qusar, Altıağac, Gədəbəy və Daşkəsən rayonlarında qarın yağması müşahidə olunur.