Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ: temperatur KƏSKİN ENİR, YAĞIŞLAR GƏLİR - 8 sentyabradək...

03.09.2022 14:51
3311
Yagis

25 gün davam edən isti və quraq hava şəraitindən sonra ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.


AZSABAH.COM-a bununla bağlı Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bakıda və Abşeron yarımadasında proses sentyabrın 5-i əvvəl şimal küləyinin güclənməsi ilə başlayacaq. Küləyin maksimal sürəti 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s olacaq. Küləkli hava şəraiti 7-si gündüzədək davam edəcək. Havanın temperaturu tədricən 8-10° aşağı enəcək. 6-sı gündüzdən 8-i səhərədək fasilələrlə yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında proses sentyabrın 5-dən başlayaraq əvvəl Böyük Qafqazın bəzi yerlərində, 6-dan 8-i gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur. Qərb küləyi arabir 18-23 m/s, əsasən Kürvadisi rayonlarda arabir 25-30 m/s olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.