Hava şəraiti ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI: Azərbaycan QARA BÜRÜNDÜ

24.02.2021 00:08
3871

Fevralın 23-ü saat 23:00-a olan məlumatına əsasən Mərəzə, Şamaxı, Qrız, Xınalıq, Qusar, Xaçmaz, Şabran, Cəfərxan, Altıağac, Quba, Nabran, Xaltanda, Bakıda və Abşeron yarımadasında qar yağır.

AZSABAH.COM-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, qərb küləyinin sürəti Neftçalada 25, Naftalanda 24, Ağstafada 23, Hacıqabul 20, Gəncə, Tovuzda 18, Sabirabad , Yevlaxda 17, Tərtər, Ağdam, Bərdədə 16, Bakıda 22, Binədə 19, Maştağa, Çilov adasında 19, Sumqayıt, Qum adasında 18, Neft daşlarında 21 m/s- dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb.

Loading...