Hava şəraiti ilə bağlı MÜHÜM AÇIQLAMA: Temperatur KƏSKİN DƏYİŞİR, 16 OKTYABRADƏK...

13.10.2022 12:00
5638
Yagis
Oktyabrın 13-ü şərq rayonlarından başlayaraq 16-sı gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

AZSABAH.COM-a bununla bağlı Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bildirilib ki, qərb küləyi 14-də gündüz, 15-də isə bəzi yerlərdə arabir 15-20 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimal olunur.