Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ: 30 sentyabradək...

29.09.2022 10:00
4979
Hava
Gözlənilən hava şəraiti açıqlanıb.

AZSABAH.COM-a Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 29-dan 30-u səhərədək şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 29-dan 30-u səhərədək əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.