Hava şəraiti ilə bağlı MÜHÜM AÇIQLAMA: Avqustun SONUNA KİMİ...

29.08.2022 09:43
7312
Hava

Avqust ayının sonunadək ölkə ərazisində sabit və yağmursuz hava şəraiti müşahidə ediləcək. Yəni kəskin dəyişikliklər gözlənilmir. Həm paytaxtda, həm də əksər bölgələrdə günəşli hava hökm sürəcək.

Bir neçə həftədir müşahidə edilən küləksiz və isti havalar hələ bir neçə gün davam edəcək. AZSABAH.COM xəbər verir ki, Milli hidrometeorologiya xidmətinin yaydığı məlumata görə, ölkə ərazisində hava şəraiti sabit və əsasən yağmursuz keçəcək.

Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək.

Bölgələrdə də yağmursuz hava şəraiti gözlənilir.

Müşahidə edilən istilərlə bağlı mütəxəsisslər açıq havada çox qalmamağı, daha çox maye qəbul etməyi tövsiyə edirlər.