Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ: "Yanvarın 13-ü səhərdən..."

11.01.2024 18:57
278
65a0018652930202401245606

Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü səhərdən 14-ü axşamadək arabir yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi 13-ü səhərdən 14-dək 15-20 m/s, arabir 23-25 m/s, 13-ü səhər və gündüz isə yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

 

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enərək, 14-15-i gecə saatlarında 0-3° şaxta, gündüz 0-3° isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 12-si əsasən qərb rayonlarında, 12-si axşamdan 15-dək isə bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi aran, Lənkəran-Astara) yağıntıların intensiv olacağı ehtimalı var.

 

Qərb küləyi 15-20 m/s, 13-14-də bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enərək, 14-15-də aran rayonlarında gecə 3-8° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 10-15 ° şaxta, gündüz 2-7° şaxta olacaq.

 

Yanvarın 14-15-də gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.//Sfera.az