Hava KƏSKİN PİSLƏŞİR: Yağış, qar, sel olacaq, 1 oktyabra kimi... - ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ

27.09.2021 18:51
10936

Azərbaycanda gözlənilən hava şəraiti barədə xəbərdarlıq edilib.

AZSABAH.COM-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 28-dən oktyabrın 1-i gündüzədək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Sentyabrın 30-da şimal-şərq küləyi arabir 15-18 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında sentyabrın 28-i şimal və şərq rayonlarından başlayaraq oktyabrın 2-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Şimal və şərq rayonlarında isə yağışın güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Loading...