Hava KƏSKİN DƏYİŞİR: 11 iyunadək... - Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

07.06.2022 10:07
3212

Bakıda və Abşeron yarımadasında bu gündən başlayaraq iyunun birinci ongünlüyün sonunadək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s olacaq.

AZSABAH.COM xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin gözlənilən hava şəraiti haqqında yaydığı xəbərdarlıqda bildirilib.

Azərbaycanın rayonlarında isə bu gündən iyunun 11-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.

Loading...