Hava KƏSKİN DƏYİŞİR: 10 iyunadək... - Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

07.06.2021 14:51
5058

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib.

AZSABAH.COM-a Xidmətdən verilən məlumata görə, iyunun 10-u axşamadək Azərbaycanın əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Loading...