Hava ilə bağlı XƏBƏRDARLIQ - yağacaq, yollar buz bağlayacaq

10.03.2024 10:26
699
65ed52dd4c537202403242741

Bu gün Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. 

Bu barədə Referans.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.


Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-5° şaxta, yüksək dağlıq ərazilərdə 10°-dək şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.