Hacı Şahinin oğlundan ŞOK İTTİHAMLAR: Atama deyiblər ki...

05.03.2023 23:13
10297
64004ddd21ac7202303231853

“Belə bir məlumat yayıldı ki, Hacı Şahin Həsənli səhhətində ciddi problem olmasına baxmayaraq “Baku Medikal Plaza”da yatmaqdan imtina edib və iltizamnamə imzalamaqla xəstəxananı tərk edib. Bildirmək istəyirəm ki, atama səhhətindəki problemin nə dərəcədə ciddi olduğu bildirilməyib. Deyiblər ki, xəstəxanada qala da bilərsən, gedə də bilərsən”.

AZSABAH.COM xəbər verir ki, bu sözləri mərhum ilahiyyatçı Hacı Şahinin oğlu Hüseyn Həsənli deyib.

“Bəli, iltizamnamə imzalanıb, amma həkim ona problemin ciddi olduğunu deməyib. Ona görə də atam xəstəxananı tərk edib”, – H.Həsənli deyib.

Qeyd edək ki, ilahiyyatçı Hacı Şahin Həsənli martın 2-də səhərə yaxın ürəktutmasından vəfat edib. O, həmin gecə “Baku Medikal Plaza”da müayinə olunub. (savas.org)