Hacı Əliyevlə iranlı güləşçi arasında DAVA DÜŞDÜ - ANBAAN VİDEO

10.08.2022 18:28
431
photo_21168051

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan güləşçisi Hacı Əliyevlə iranlı güləşçi arasında gərgin anlar yaşanıb. 

AZSABAH.COM xəbər verir ki, gərginliyə sərbəst güləş üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyevin İran güləşçisi Murteza Hassan Ali ilə 1/4 final qarşılaşmasında hakimlərin ədalətsiz qərarları səbəb olub. Hacı Əliyevin rəqibə qarşı fəndləri hakimlər tərəfindən qeydə alınmayıb.

Bundan sonra idmançılar arasında gərginlik yaranıb. Hakimlərin ədalətsizliyinə və iranlı güləşçinin təxribatçı hərəkətlərinə baxmayaraq, Hacı Əliyev görüşü sona qədər davam etdirib və əzmkar qələbə qazanıb. 1:4 hesabı ilə geridə olan güləşçimiz görüşün bitməsinə az vaxt qalmasına baxmayaraq, tətbiq etdiyi fəndlərlə önə keçib. Hacı Əliyev 8:4 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.