Gürcüstanda dəhşətli helikopter qəzası BELƏ BAŞ VERDİ: Çox sayda ölən var - ANBAAN VİDEO

29.07.2022 23:35
326
photo_97175602

Gürcüstanın Tetri Araqvi vadisində “Mi-8” tipli helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb.

AZSABAH.COM xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında deyib. Nazir həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verib. O, qəzanın səbəbinin müəyyən edilməsi üçün ekspertizanın aparılacağını bildirib.

Qeyd edək ki, həlak olanların 4-ü ekipaj üzvü, digər 4-ü isə xilasedici və tibb işçiləridir.