GÜNÜN ƏN ACI XƏBƏRİ: Daha bir hərbçimiz VƏFAT ETDİ - FOTO

12.02.2021 21:54
7001

Dörd aydan çoxdur komada olan Vətən müharibəsi qazisi İsmayılzadə Tacəddin Vüqar oğlu vəfat edib.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki,  24 yaşlı  Sumqayıt sakini T.İsmayılzadə müalicə aldığı xəstəxanada şəhidlik zirvəsinə yüksəlib.

Qeyd edək ki, 24 yaşlı Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısıdır. 2016-cı ildə döyüşlər başlayan zaman hərbi xidmətdə olub. Vətən müharibəsi başlayanda isə cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Ağdam, Xocavənd və Füzuli istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzulidə başından ağır yaralanıb və komaya düşüb.

Mərhum sabah Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn ediləcək.

Allah rəhmət eləsin!


Loading...