Gün ərzində neçə dəfə SMS icazə ALMAQ OLAR? - RƏSMİ

20.06.2020 12:29
819

Zəruri tibbi yardım üçün SMS icazə limitsizdir, ancaq ərzaq, dərman preparatları və gəzinti üçün gündə bir dəfə mümkündür.

AZSABAH.COM xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Ü.Mehdiyev bildirib ki, gün ərzində zəruri tibbi yardım üçün SMS icazə alan vətəndaşlar ərzaq, dərman preparatları və gəzinti üçün də gündə bir dəfə icazə ala bilərlər: “Ancaq burada suiistifadə hallarına yol verilməməlidir. Bütün SMS-lərin təhlili aparılacaq və hansı vətəndaş sui-istifadə hallarına yol verəcəksə, bu, müəyyən ediləcək və bununla bağlı məlumatlar hüquq mühafizə orqanlarına təqdim ediləcək”.

Loading...

close
close