Azərbaycanın Energetika nazirinə yeni müavin təyin edilib.
AzSABAH.COM xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva deyib.
O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə nazir müavini Gülməmməd Cavadov vəzifəsindən azad edilib, Kamal Abbasov Energetika nazirinin müavini təyin olunub.