Güllələnən Fazil Mustafanın sonuncu ŞOK ÇIXIŞI: GÖRÜN İRAN BARƏDƏ NƏLƏR DEYİR - VİDEO

29.03.2023 11:56
13418
64235856e13f1202303231254

Ötən gecə Bakıda evinin qarşısında silahlı terror hücumuna məruz qalan millət vəkili Fazil Mustafanın Milli Məclisin iclasındakı son çıxışlarından biri diqqət çəkib. 

AZSABAH.COM xəbər verir ki, sui-qəsd cəhdinə uğramış deputat son çıxışlarından birində İranın molla rejimini və bu rejimin havadarlıq etdiyi radikal qrupları sərt tənqid etmişdi.

O, qeyd etmişdi ki, Azərbaycanda milyonlarla manat vəsait xüms adı ilə yığılaraq İrana göndərilir: “Bu, terrorizmin maliyyələşdirilməsidir. Dini ziyarətlər tam dövlətin nəzarətində olmalı, müəyyən yerlərə ziyarət edənlər də riskli qrup kimi nəzərə alınmalıdır. Digər tərəfdən, meyxanaçılar arasında, yas yerlərində yaradılmış xüsusi qruplar var, bunlar da nəzarətə götürülməlidir”.

Deputat Fazil Mustafanın həmin çıxışını təqdim edirik: