Güləşçimiz Avropa çempionatında qızıl medal QAZANDI

14.02.2024 00:16
290
65cbcea028d9f202402241840
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında azərbaycanlı güləşçi Murad Məmmədov (63 kiloqram) qızıl medal qazanıb.
Azsabah.com xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.Murad Məmmədov finalda ukraynalı Oleksandr Xruşinə 2:1 hesabıyla qalib gələrək fəxri kürsünün birinci pilləsinə yüksəlib.

Qeyd edək ki, Azərbaycan qitə çempionatında 25 güləşçi ilə təmsil olunur. Yarışa fevralın 18-də yekun vurulacaq.