Güclü ZƏLZƏLƏ daha bir ölkəni SİLKƏLƏDİ

Çilinin şimalında 5,1 maqnitudalı zəlzələ olub.Azsabah.com xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.Bildirilib ki, yerli vaxtla 16:50-də qeydə alınmış yeraltı təkanların episentri Cənubi Amerika ölkəsinin Kuya yaşayış məntəqəsindən 33 km cənubda yerləşib. Verilənlərə əsasən, zəlzələnin ocağı 79,3 km dərinlikdə olub.Dağıntı və tələfat barədə məlumat verilməyib.