Güclü yağış, dolu, külək - SABAHIN HAVASI

22.05.2020 13:43
164

23 mayda gözlənilən hava şəraiti aşıqlanıb. 

AzSABAH.COM-a Milli Hidrometeorologiya Xidmətdən verilən xəbərə görə, mayın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gündüz əsasən yağmursuz keçəcəyi, axşam tutulacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-20, gündüz  23-28, Bakıda  gecə 18-20, gündüz  25-27 dərəcə isti olacaq.

 Mayın 23-də Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal və qərb rayonlarında güclü olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər  duman olacaq, qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 15-20, gündüz  27-32, dağlarda gecə 11-16, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 23-ü gündüz və 24-də Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi, temperaturun xeyli aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Loading...

close
close