Güclü qar fəsad törətdi: 200-dən çox maşın yolda qaldı - FOTO

13.01.2024 21:17
389
65a2c530cddaf202401241528

Güclü yağan qar səbəbindən Şamaxı İsmayıllı avtomobil yolunda və Ağsu dolaylarında hərəkət dayanıb.

Azsabah.com APA-ya istinadən xəbər verir ki, hazırda ərazidə 200-dən artıq avtomobil yolda qalib.

İlkin məlumatlara əsasən, Muğanlı dolaylarında qar daha keçilməzdir. Qarın qalınlığı 10 sm artıqdır, yollar buz bağlayıb. Əraziyə polis əməkdaşları cəlb olunub.

Yolların buz bağlaması səbəbindən ərazidə bir neçə zəncirvari qəzalar meydana gəlib.