Göygöldən gələn bu xəbər hər kəsi üzdü: Ölənlərin sayı artdı

10.01.2024 16:14
363
659e8a38502c5202401241448

Bakı-Qazax magistral yolunun Göygöl rayonunun Quşqara kənd yaxınlığından keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

Qəza zamanı iki avtomobil toqquşub.

Nəticədə 1986-cı il təvəllüdlü Nüsrət Nüsrətzadə, 1995-ci il təvəllüdlü Elimxan Şabanov aldıqları xəsarətlərdən ölüblər. Daha bir nəfər isə xəsarət alıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.