Gömrük Hospitalı bağlandı: SABAHDAN ETİBARƏN... - RƏSMİ

10.06.2020 12:42
806

Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı hər gün artmaqdadır.

AZSABAH.COM qazet.az-a istinadən xəbər verir ki, bu günə qədər 8 191 nəfərdə koronavirus aşkarlanıb. Hazırda isə 3 487 aktiv xəstə müalicəsini xüsusi rejimli xəstəxanalarda davam etdirir.

Xəstə sayının çoxalması isə xəstəxanalara təlabatı artırır.

Gömrük Hospitalından verilən məlumata görə, hospital sabahdan etibarən fəaliyyətini dayandıracaq.

“Sabahdan etibarən hospital fəaliyyətini dayandırır. Səbəb isə koronavirusla bağlıdır. Yanlız COVID-19 xəstələrini qəbul edəcəyik”, – deyə hospitaldan bildirilib.

TƏBİB-in sözçüsü Rəvanə Əliyeva isə bildirib ki, xəstəxanalarla bağlı ölkədə ciddi çatışmazlıq hələ ki, yoxdur.

Loading...

close
close