Girovluqdan qayıdan Şahbaz Quliyevə AĞIR İTKİ - FOTO

22.01.2021 15:25
4454

2014-cü ilin yayında Kəlbəcərdə erməni silahlı birləşmələri tərəfindən girov götürülən və keçən ilin 14 dekabr tarixində azad edilərək Bakıya gətirilən Şahbaz Quliyevə ağır itki üz verib.

AZSABAH.COM Publika.az-a istinadla  xəbər verir ki, 6 il yarım oğlunun əsirlikdə olduğundan xəbərsiz qalan, onu gözüdolusu görməyən Sənəm Quliyeva dünyasını dəyişib.

Qeyd edək ki, Şahbaz Quliyev hələ də xəstəliklə mübarizə aparır və xəstəxanada müalicə olunur.

Allah rəhmət eləsin!


Loading...