AZSABAH.COM xəbər verir ki, birliyin rəsmi dövlət qeydiyyatından keçərək 2023-cü ilin sentyabr ayından fəaliyyətə başlayıb.
RMİD ictimai birliyi yerli və xarici mütəxəssislərin iştirakı ilə reklam və marketinq kursları, seminarlar, dəyirmi masalar təşkil edəcək, bu sahədə yeni fəaliyyətə başlayan fərd və qurumlara professional dəstək verəcək.
İctimai birlik yalnız ölkədaxili deyil, reklam və marketinq sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək məqsədlərini də öz fəaliyyət proqramına daxil etmişdir.
Belə ki, müxtəlif qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqə və birgə layihələrin hazırlanması ictimai birliyin fəaliyyət proqramının tərkib hissəsini təşkil edir.
Bu məqsədlə “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” ictimai birliyi öz layihələrində dövlətin müvafiq strukturları ilə sıx əməkdaşlıq etməyi nəzərdə tutur.