Generalın yerinə polkovnik olan oğlu TƏYİN EDİLDİ - FOTO

15.01.2024 11:01
284
65a4d82933df7202401240057

Müdafiə Nazirliyinin Hərbi Orkestr xidmətinin rəisi, Xalq artisti general-mayor Yusif Axundzadə vəzifəsindən azad edilib.

 

Azsabah.com  “Qafqazinfo”ya istinadən xəbər verir ki, generalı bu postda oğlu-Əməkdar İncəsənət xadimi, polkovnik Rüfət Axundzadə əvəz edib.

 

R.Axundzadə bu təyinatadək Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin rəisi idi.


Qeyd edək  ki, ölkədə hərbi orkestr məktəbini yaradan Yusif Axundzadə Prezidentin fərdi təqaüdçüsüdür. Silahlı Qüvvələrin Hərbi Orkestr Xidmətində ilk ali hərbi rütbəyə yüksələn general Axundzadə həmçinin 2021-ci ildə keçirilən Zəfər paradının marşını yazan dirijordur.