Generaldan Usubovla bağlı SENSASİON SÖZLƏR: Onun tapşırığı ilə...

21.06.2022 21:14
234
photo_66483850

"Mən MTN-də İstintaq idarəsinin rəisi olduğum müddətdə kargüzarlıq etmişəm, bilavasitə Rüstəm Usubovun verdiyi tapşırıqları yerinə yetirmişəm".

AZSABAHA.COM “Report”a istinadən xəbər verir ki, bunu ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şixəliyev iyunun 20-də Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə sərbəst ifadəsində bildirib.

Təqsirləndirilən şəxs deyib ki, qərarları Baş Prokurorluq verib: "Hər bir material, cinayət işi üzrə Baş Prokurorluqda məruzə olunub, orada verilən qərarlar üzrə işlər icra olunub".

Eyni zamanda MTN-in keçmiş əməkdaşı, təqsirləndirlən Sahib Ələkbərovun ötən iclasda verdiyi vəsatətlə bağlı qərar elan edilib. Qərara əsasən, S.Ələkbərovun sabiq baş prokuror Zakir Qaralovun və onun birinci müavini olmuş Rüstəm Usubovun məhkəmədə əlavə şahid qismində dindirilməsinə dair vəsatəti təmin edilməyib.

Məhkəmənin növbəti iclası iyunun 28-nə təyin edilib.