Generala yüksək VƏZİFƏ VERİLDİ

14.05.2020 14:50
443

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr təyinatları olub.

AzSABAH.COM xəbər verir ki, bununla bağlı nazirKəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Bakı Regional Mərkəzinin rəisi, polkovnik Hikmət Abbasov daxili rotasiya qaydasında Dövlət Yanğın Nəzarət Xidmətinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Dövlət Yanğın Nəzarət Xidmətinin rəisi, general-mayor İsrail Əliyev isə Bakı Regional Mərkəzinin rəisi təyin olunub.

FHN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Loading...

close
close