Daxili İşlər Nazirliyində kadr islahatları aparılıb.
AZSABAH.COM unikal.org-a istinadla verdiyi məlumata görə, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Mirqafar Seyidovu tutduğu vəzifədən azad edib.
Belə ki, M.Seyidov səhhətində yaranmış problemlərə görə, öz ərizəsi ilə işdən çıxması üçün nazirə müraciət edib.
Qeyd edək ki, M.Seyidov 2014-cü ildən Bakı şəhər Baş Polis İdarəsinin rəisi idi.