Gəncədə məktəblinin bıçaqlandığı dava BU SƏBƏBDƏN BAŞ VERİBMİŞ: “Qız məsələsi deyil” - VİDEO

24.01.2024 15:22
773
65b0f3bbabd31202401242547

Xəbər verdiyimiz kimi, dünən Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə qətlə yetirilib. 

Raulun uşaqlıq dostları, sinif yoldaşları mərhum haqqında Bizim.Media-nın yerli bürosuna danışıblar. 

Onlar Raulun dava-dalaşdan uzaq biri olduğunu bildiriblər. Sinif yoldaşları tərəflər arasında davanın hansı səbəbdən baş verdiyi məsələsinə də aydınlıq gətiriblər.

"Mübahisə çiyin üstündə baş verib" - şagirdlərdən biri deyib. Mərhumun qardaşı da bildirib ki, Fərid Şabanov məktəbdən çıxarkən Raul Rəhimovun çiyninə toxunub, mübahisə buna görə başlayıb.

Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən Fərid Şabanov saxlanılaraq, istintaqa cəlb olunub.