Gəncə Futbol Akademiyasının açılış tarixi müəyyənləşdi

07.01.2024 18:47
104
659ab9b6ad33b202401244822

Gəncə Futbol Akademiyasının açılış tarixi müəyyənləşib.

AFFA-nın mətbuat xidmətindən verilən məlumata görə, akademiyanın binası yanvarın 11-də istifadəyə veriləcək.

Həmin gün saat 14:00-da bununla bağlı tədbir keçiriləcək. Açılışda AFFA prezidenti Rövnəq Abdullayev, milli assosiasiya rəsmiləri, eləcə də Gəncə futbol ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, Gəncə Futbol Akademiyası AFFA-nın dəstəyi ilə inşa edilib.