Gəlin maşınını məhkəməyə sürdü - Boşanmaq üçün... ŞOK HƏRƏKƏT- VİDEO

Bursalı bir qadın boşanma məhkəməsinə gəlin maşını kimi bəzədiyi avtomobillə gedib.

Bursada 29 yaşlı Gülşah A.boşanma məhkəməsinə gəlin maşını kimi bəzədilmiş maşını ilə gəlib.

Prospekt və küçələri gəzən Gülşah A "Yol boyu insanlar siqnal çaldılar, video çəkdilər, alqışladılar, təbrik etdilər və kortej təşkil etdilər. İnsanlar çox pozitiv idi. Bu qədər böyüyəcəyini düşünməzdim" deyib.

İki uşaq anası Gülşah A  maşının arxasına  "Osman, cəhənnəmə get" və "Boşanırıq" sözlərini asıb.

Kortejdə olan sürücülər həmin anları mobil telefonları ilə lentə alıblar. (milli.az)