Gecə saatlarında Qazaxdan DƏHŞƏTLİ XƏBƏR GƏLDİ - Ölən VAR

16.12.2023 22:45
431
657df08b2fc97202312234635
Qazaxda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AZSABAH.COM xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan daxil olan sorğuya cavab olaraq bildirilib ki, bu gün 20:30 radələrində Qazax rayon Daş Salahlı kəndi ərazisində piyada Təvəkkül Musayev sərxoş halda yolu keçmək istəyərkən hərəkətdə olan VAZ 21099 markalı avtomobilin yan güzgüsünə dəymiş daha sonra arxadan gələn Mercedes markalı avtomobil tərəfindən vurulmuşdur.

Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.


Referans.az