Fehle

Fəhlənin dəhşətli əməlləri: Qadınları intim əlaqə adı ilə çağırıb... - VİDEO

02 Noyabr 2024
452

Qadınları intim əlaqə adı ilə çağırıb qətlə yetirirdi. Fərhad Xasıyev (şərti ad) Abşeron ərazisində yerləşən qəsəbələrdən birinə gələrək dəniz kənarındakı villada fəhlə işləyir.

O, evdə kirayə qalır və qazandığı pulu içkiyə, əyləncəyə xərcləyir. Fərhad beynində "əxlaqsız qadınları öldürməliyəm" planını qurmuşdu. Buna görə də, bir gün kafedə tanış olduğu Çinarə (şərti ad) adlı qadını qətlə yetirir.

Sonra isə heç nə olmamış kimi şəhərə gəlir və barlardan birinə gedərək müştərilərə baxır, masa arxasına əyləşir və özünə içki sifariş edir. Birdən gözünə qətlə yetirdiyi Çinarə görünür. Çinarə ona baxıb öpüş göndərir. Fərhad yerindən sıçrayaraq Çinarəyə tərəf hücum etmək istəyəndə onun barda olmadığını anlayır. Cibindəki axırıncı pulu çıxarıb masanın üzərinə atır və bardan çıxır. Fərhad başa düşür ki, şəhərdə heç kimlə pulsuz tanış olmaq mümkün deyil və o, telefonunu satmaq qərarına gəlir.

Telefonu satır, pulu cibinə qoyur və yenidən cinayət törətməyə gedir. Günün sonunda Fərhad gecə klubuna gəlir və növbəti qurbanını - Leylanı (şərti ad) görür. Leyla bilyard masasında topları vurarkən Fərhad tanış olmaq bəhanəsi ilə onu alqışlayır. Leyla Fərhadı birlikdə bilyard oynamağa dəvət edir. Fərhad gecə klubunda tanış olduğu Leylaya daha yaxından bir-birilərini tanımaq üçün hotelə getməyi təklif edir.

Leyla da buna etiraz etmir, çünki o bilmir ki, Fərhadın məqsədi sadəcə onunla tanışlıq deyil. Hotel otağına daxil olan kimi Fərhad Leylaya onun gözəl olduğunu deyir. Daha sonra Leyla telefonunu istəyir və pəncərənin qarşısında dayanıb şəkil çəkdirəcəyini deyir. Leyla arxasını ona çevirən kimi Fərhad qıza hücum edir. Bu, Fərhadın "əxlaqsız qadınları öldürməliyəm" planının sonu idi.

O, düşündüklərini Leyla ilə həyata keçirə bilmir. Çünki Leyla qışqıraraq səs-küy salır. Fərhad da kiminsə hotel otağına gələcəyindən qorxur və ərazini tərk edir. Amma Fərhadın oradan qaçmasına baxmayaraq, bir neçə saat sonra hüquq-mühafizə orqanları məsələdən xəbər tutur və aparılan axtarış-istintaq tədbirləri ilə o, yaxalanaraq cinayət məsuliyyətinə cəlb edilir.

Ətraflı Baku TV-nin süjetində: